ABŞ Ukrayna qırıcılarına Qərb raketləri birləşdirmək istəyir

 14:01 08.03.2023     378

ABŞ Qərb raketlərini Ukraynanın sovet qırıcıları ilə birləşdirməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşrin məlumatına görə, söhbət ilk növbədə AIM-120 orta mənzilli raketlərin MiQ qırıcıları ilə birləşdirilməsindən gedir. Belə bir qərar Ukraynanın əlavə atəş gücü və hava hücumundan müdafiə sistemlərinə ehtiyacını həll edə, həmçinin F-16 qırıcılarının tədarükü məsələsinə son qoya bilər.

Qeyd olunub ki,  ABŞ Ukrayna Silahlı Qüvvələrinin hücumu 6-8 həftəyə başlaya biləcəyini real sayır və buna görə də o vaxta qədər aviasiya məsələsinin həll edilməlisini vacib hesab edir.