Tbilisidəki etirazlarda saxlanılanların sayı ARTIB

 18:11 08.03.2023     325

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılan şəxslərin sayı 66-ya çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazçıların polis istiqamətində pirotexniki vasitələr və "molotov kokteyi" atdığı, nəticədə 50 polis əməkdaşının xəsarət aldığı bildirilib. Yaralanan polislərdən bəziləri cərrahi əməliyyat olunub. 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib.Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.