İsrail şiə silahlı qruplaşmaları dronlarla vurdu

 21:56 08.03.2023     261

İsrailə məxsus pilotsuz uçuş aparatları Suriyanın Deyr-əz-Zor vilayətində yerüstü hədəflərə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, Əl-Hamidiyə rayonunda İranyönümlü şiə qruplaşmasının düşərgəsi hədəf alınıb.

Zərbələr nəticəsində silah anbarı, sursatla dolu yük avtomobili və 8 döyüşçü öldürülüb.

Qeyd edək ki, ötən gün İsrailin F-16-ları Hələb hava limanına aviazərbələr endirib.