Gürcüstanda yenidən etiraz aksiyası keçirilir 

 22:23 08.03.2023     371

Gürcüstan parlamentinin qarşısında yenidən etiraz aksiyası başlayıb.

Redaktor.az xəbər verir ki, nümayişçilər "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz edirlər.

Aksiyada minlərlə insan iştirak edir. Məlumata görə, polisin əmrinə tabe olmayan etirazçılardan bəziləri həbs edilib.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

 

Etirazlar zamanı 70-dən çox aksiya iştirakçısı saxlanılıb.