Rusiyada güclü zəlzələ olub

 09:10 09.03.2023     260

Sakit okeanda Kamçatkanın şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Zəlzələnin mənbəyinin Petropavlovsk-Kamçatskidən 199 km aralıda olduğu dəqiqləşdirilir.

Martın 8-də Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.