Ermənistanda qızılcaya yoluxanların sayı artır

 10:43 09.03.2023     275

Ermənistanda qızılcaya yoluxanların sayı 43 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəstəliyi yeni məlumatlar dərc edib.

Nazirlikdən bildirilib ki, yoluxanlardan 17 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Virusa yoluxanlardan 40 nəfərə peyvənd vurulmayıb, üç nəfər isə qismən peyvənd edilib.