Rusiyada yaşayış binasında güclü partlayş

 11:02 09.03.2023     295

Rusiyanın  partlayış nəticəsində yaşayış binasının iki mərtəbəsi dağılıb.

Redaktor.az Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, partlayış Çita şəhərində baş verib.

"Trans-Baykal ərazisi, Çita şəhəri, Antipika kəndi, Borovaya küçəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində dördüncü və beşinci mərtəbələr dağılıb", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə hadisə ilə bağlı məlumat Daxili İşlər Nazirliyinin rayon şöbəsində də təsdiqlənib və əlavə edilib ki,partlayış qaz sobasında olub. Şöbə də bir nəfərin zərər çəkdiyini bildirib.

Fövqəladə hallar xidməti ən azı beş mənzilə ziyan dəydiyini bildirib.

Ev 1981-ci ildə tikilib. Binada 52 mənzil və bir qeyri-yaşayış sahəsi var.

Qeyd edək ki, Antipika, Çitanın şərq hissəsində, şəhərin İnqodinski rayonunun bir hissəsi olan şəhərətrafı qəsəbədir. Kəndin əhalisi 3 min nəfərdən çoxdur.

Tunar Altunbay