Əfqanıstanda vilayət qubernatoru partlayışda öldü

 11:45 09.03.2023     347

Əfqanıstanın şimalındakı Bəlx vilayətində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən Tolo News telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, terror hadisə nəticəsində vilayətin qubernatoru ölüb.

Qeyd olunur ki, partlayış iclas zamanı yerli administrasiyanın ofisində baş verib.

Digər ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Tunar Altunbay