Ermənistan hərbçisinin meyiti tapıldı

 12:18 09.03.2023     339

Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hərbçisi Andranik Karoyeviç Ohanyanın meyiti aşkar edilib.

Redaktor.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, meyit martın 8-də aşkarlanıb. Məlumat isə bu gün yayılıb.

Faktla bağlı araşdırma aparılır.