"Yaxşı ki, Ərdoğan var..." Dəniz Baykalın qızı
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının mərhum sədri Deniz Baykalın qızı Aslı Baykal Kemal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxıb və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Redaktor.az xəbər verir ki, A.Baykal bu barədə tviter səhifəsində yazıb.
"Kılıçdaroğlunun çoxtərəfli ittifaq bloku müxtəlif vədlərlə ondan başqa namizəd çıxmasını önləməyə çalışır. Yaxşı ki, Ərdoğan var və demokratiyamızı yaşada biləcəyik. O da olmasa, formalaşan əcaib blok bütün səsləri susduracaq və seçkilərdə tək namizədin olmasına icazə verəcək", - deyə Baykalın qızı qeyd edib.
Tunar Altunbay
Kılıçdaroğlunun çoklu ittifak bloku türlü vaatlerle, kendinden başka aday çıkmasını önlemeye çalışıyor.
— Aslı Baykal (@asliibaykal) March 9, 2023
İyi ki Erdoğan var da demokrasimizi yaşatabileceğiz.
O da olmasa oluşan acaip blok tüm sesleri susturacak ve seçime tek aday girmesine izin verecek.