“ABŞ və Avropa İttifaqı Gürcüstanda dövlət çevrilişi edəcək”- Klişas

 15:02 09.03.2023     628

"ABŞ və Avropa İttifaqının Gürcüstanda konstitusiyaya zidd dövlət çevrilişi etməyə çalışır, eyni zamanda öz ərazilərində istənilən xarici təsirləri ciddi şəkildə məhdudlaşdırırlar".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas "Telegram" kanalında bildirib.

“Öz ərazilərində daxili işlərinə hər hansı xarici müdaxiləni ciddi şəkildə məhdudlaşdıran ABŞ və Avropa İttifaqı  Gürcüstan ərazisində çoxsaylı qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi ilə nə baş verdiyini anlamaq cəhdinə cavab olaraq, hərbi əməliyyat keçirmək, Tbilisidə konstitusiyaya zidd dövlət çevrilişi etmək qərarına gəliblər”, – deyə siyasətçi yazıb.

Klişas vurğulayıb ki, ABŞ və Aİ ölkələri Gürcüstan hökumətini etirazçılara qarşı təmkinli davranmağa çağırır, ABŞ polisi isə Kapitoliyə hücum zamanı etirazçılara atəş açıb.

“Gürcüstanın parlamentində və hökumətində rusofobların hələ də oturmasına baxmayaraq, ölkədəki hakimiyyəti xarici hökumətlərin ödədiyi qanlı rəngli inqilablar nəticəsində deyil, seçkilərdə dəyişmək lazımdır”, - deyə o, fikrini yekunlaşdırıb.

Arzu İSMAYIL