Bu ölkədə kişi və qadınların maaşları bərabərləşəcək

 14:35 09.03.2023     221

Braziliyada qadınlar kişilərlə müqayisədə orta hesabla 20 faiz az əməkhaqqı alır. Ölkə hakimiyyəti mövcud maaş ayrı-seçkiliyini aradan qaldırmaq niyyətindədir.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, 8 mart Beynəlxalq qadınlar günü Braziliya Prezidenti Luis İnasiu Lula da Silva eyni funksiyanı yerinə yetirən, yaxud eyni vəzifəni daşıyan kişi və qadınların əməkhaqlarının bərabərləşdirilməsi barədə qanun layihəsini parlamentə təqdim edib. Qanun layihəsinin müəllifi Braziliya parlamentinin deputatı Samiya Bonfindir.

Sənəd kompaniyaların əməkhaqqı ödənişi siyasətini daha şəffaf etməsini, həmçinin maaşlarda diskriminasiya ilə mübarizənin və yoxlamaların genişləndirilməsini nəzərdə tutur.

Braziliya Dövlət Statistika Agentliyinin 2019-cu ildə keçirdiyi sorğu qadınların bütün peşələr üzrə kişilərdən 20,5 faiz az pul qazandığını göstərib.