Rusiyada terror aktları təşkilatçısı polis polkovnikinə ömürlük cəza
2010-cu ildə Moskva metrosunda törədilən terror aktlarında təqsirləndirilən Dağıstanın Daxili İşlər Nazirliyinin Kizlyar rayonu üzrə rəisi, polis polkovniki Qazi İsayevə ömürlük həbs cəzası istənilib.
Redaktor.az xəbər verir kik, bu barədə TASS-a məhkəmədən məlumat verilib.
“Prokuror İsayevin terror aktları törətməkdə və mütəşəkkil cinayətkar dəstəsi yaratmaqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilməsini istəyib”, - deyə məhkəmədən bildirilib.
Tunar Altunbay