Ukraynada telekanal rəhbərinin Rusiya ilə əməkdaşlığı aşkarlandı
Ukrayna Baş Prokurorluğu Xerson teleradio şirkətinin sahibini Rusiya ilə əməkdaşlığa görə ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğun mətbuat xidmətinin "Telegram" kanalında məlumat yayılıb.
Onun sözlərinə görə, teleradio şirkəti öz media platformalarında Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyib.
Xerson xəbər portallarının məlumatına görə, söhbət “VTV plus” teleradio şirkətinin sahibi Tatyana Kamenskayadan gedir.