Rusiyaya casusluqda ittiham olunan italiyalı əsgərə ömürlük həbs İSTƏNİLİR

 18:04 09.03.2023     404

Hərbi prokurorluq Rusiyaya casusluqda ittiham olunan italyan əsgər Valter Biota ömürlük həbs cəzası istəyib.

Redaktor.az "Agi" Agentliyinə istinadla xəbər verir ki, belə bir tələb məhkəmənin yekun iclasında səslənib.

İttiham tərəfi Biotun günahının sübuta yetirildiyini israr edir. Vəkil Roberto De Vitanın təmsil etdiyi müdafiə tərəfi dəlillərin olmamasına, o cümlədən iş materiallarının bir hissəsinin Rusiya səfirliyinin nümayəndəsinə təhvil verildiyi iddia edilən sənədlərin məxfilik dərəcəsinİ nəzərə alaraq onun azad olunmasını tələb edib.

Qeyd edək ki, Biot 2021-ci il martın 30-da axşam saatlarında Rusiya səfirliyinin attaşesinin nümayəndəsi ilə birlikdə Romanın periferik ərazisindəki dayanacaqda saxlanılıb. Onların üzərindən məlumat daşıyıcısı və bir qutu nağd pul aşkar edilib. Biri əlil olan dörd uşaq atası Biot hərbi prokurorluq tərəfindən casusluğu asanlaşdırmaq üçün məxfi məlumatları yaymaqda, məxfi məlumatları ötürməkdə və casusluq məqsədilə fotoşəkillər çəkməkdə ittiham olunur.

Eyni zamanda, həbs olunduğu andan həbsdə olan hərbçinin barəsində casusluq, dövlət sirrini yayma və korrupsiya ittihamları ilə mülki məhkəmə icraatındadır. Müdafiə yalnız bir prosesin aparılmasına nail ola bilməyib. De Vitanın TASS müxbirinə müsahibəsində qeyd etdiyi kimi, məsələ “son dərəcə mürəkkəbdir və indiki siyasi şəraitdə bu, daha da mürəkkəbləşib”.

Tunar Altunbay