Rusiya gəmisi və göyərtəsində rus olan təyyarə Litvaya BURAXILMADI

 18:30 09.03.2023     502

Litva Rusiya gəmisi üçün limanını, Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş Rusiya vətəndaşını daşıyan təyyarə üçün isə hava məkanını bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə  jurnalistlərə Baltikyanı Respublikasının rabitə və nəqliyyat naziri Marius Skuodis məlumat verib.

“Rusiya bayrağı altında üzən drift gəmisi həftəsonu Klaypeda limanına buraxılmayıb. Nazir gəminin növü və digər detalları açıqlamayıb.

O, həmçinin iddia edib ki, keçən həftə Avropa İttiqanın sanksiya siyahısında olan şəxs hava yolu ilə Litvaya daxil olmağa” cəhd edib.

"Təyyarə buraxılmadı" ,- deyən Skuodis ətraflı məlumat verməyib.

Tunar Altunbay