ABŞ və müttəfiqləri rusların 58 milyard dollardan çox aktivlərini dondurdu

 20:16 09.03.2023     397

ABŞ və onun beynəlxalq REPO işçi qrupundakı müttəfiqləri (Rusiya Elitaları, Proksilər və Oliqarxlar - sanksiyalar əsasında Rusiya ilə əlaqəli əmlakın axtarışı və həbsi ilə məşğul olan Qərbin çoxtərəfli qurumu) ötən il ərzində Rusiya vətəndaşlarının 58 milyard dollardan çox məbləğdə aktivlərini dondurub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan qrup nümayəndələrinin birgə bəyanatında deyilir.

Sənəddən belə çanlaşılır ki, Rusiyanın Ukraynanı işğala başlamasından bir il sonra operativ qrup çoxtərəfli koordinasiya ilə sanksiyalara məruz qalan ruslara görünməmiş təzyiq göstərib. REPO işçi qrupunun üzvləri sanksiyaya məruz qalan rusiyalıların 58 milyard dollardan çox aktivlərini müvəffəqiyyətlə bloklayıb və ya dondurub,  həmçinin bütün dünyada sanksiyaya məruz qalan Rusiya aktivlərini izləyib və sanksiyaya məruz qalan rusların beynəlxalq maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Sənəddə qeyd edilir ki, söhbət, xüsusən də “dəbdəbəli daşınmaz əmlakın, yaxtaların, təyyarələrin və digər əmlakın müsadirəsi və ya dondurulmasından gedir.

Qeyd edək ki, REPO işçi qrupuna ABŞ Maliyyə və Ədliyyə katibləri, Avstraliya, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və Avropa Komissiyasının nümayəndələri daxildir.

Tunar Altunbay