Lukaşenko qalmaqallı qanunu TƏSDİQLƏDİ

 20:38 09.03.2023     552

Belarus prezidenti Aleksandr Lukaşenko dövlətə xəyanətə görə vəzifəli şəxslərin ölüm cəzasını nəzərdə tutan ekstremizm və dövlət əleyhinə fəaliyyətə görə cinayət məsuliyyətinin gücləndirilməsi haqqında qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Qanunda dövlətə xəyanətə görə bütün vəzifəli şəxslərə qarşı cinayət məsuliyyətinin uzadılması nəzərdə tutulur. Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm hökmünün tətbiqinin mümkünlüyü qanunda təsbitini tapıb”,- məlumatda deyilir.

Tunar Altunbay