Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxıldı

 21:42 09.03.2023     285

Martın 7-də və 8-də Tbilisidə parlamentin yaxınlığında keçirilən etiraz aksiyalarında saxlanılan bütün iştirakçılar azadlığa buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Martın 7-də və 8-də parlamentin qarşısında  keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb. Qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”,- məlumatda deyilir.

Agentlik qeyd edir ki, polis əməkdaşlarına qarşı zorakılığa görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin saxlanılması məqsədilə onların müəyyənləşdirilməsi işləri davam etdirilir.