Petr Pavel rəsmən Çexiya prezidenti oldu

 23:10 09.03.2023     257

Martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib. O, artıq rəsmən ölkənin dördüncü prezidenti olub və səlahiyyətlərinin icrasına başlayıb.

Redaktor.az xəbər verir ki, and içdikdən sonra etdiyi çıxışda Pavel tezliklə işinin ilk 100 günü üçün konkret hədəflər planını dərc edəcəyini bildirib.

O, hökuməti insanlara və hadisələrə daha açıq etmək, şəffaf və müntəzəm ünsiyyəti bərpa etmək istədiyini də bəyan edib.

Qeyd edək ki, Petr Pavel dövlət başçısı postunda Miloş Zemanı əvəz edib.