“Gürcüstan suverenlik şansını itirdi”

 11:53 10.03.2023     312

Gürcüstan xarici agentlər haqqında qanun layihəsini parlamentdən çıxarmaqla suverenlik şansını itirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, xarici agentlər haqqında qanun qəbul olunarsa, Gürcüstan müxalifətin, medianın, anti-gürcü gündəmini formalaşdıran ictimai təşkilatların maliyyələşdirilməsi üçün xaricdən ölkəyə köçürülən vəsaitlərə nəzarət etmək hüququ qazanacaq.

"Gürcüstan parlamentində baxılan xarici agentlər haqqında qanun layihəsi ABŞ üçün qəbuledilməz idi. Bu, Vaşinqtonun ölkənin daxili siyasi həyatına təsirini məhdudlaşdırdı. Parlamentdən çıxarılması ilə Gürcüstan suverenlik şansını itirdi", - deyə Volodin bildirib.

Arzu İSMAYIL