Ukrayna ordusu ruslara dəhşət yaşatmaqda davam edir

 12:22 10.03.2023     330

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 156990 (+870) nəfər canlı qüvvəsi, 3448 (+7) tank, 6742 (+6) ədəd zirehli döyüş maşını, 2475 (+10) ədəd artileriya sistemi, 491 (+3) reaktiv yaylım atəşi sistemi, 256 (+2) hava hücumundan müdafiə sistemi, 304 (+1) təyyarə, 289 (+0) helikopter, 2107 (+9) PUA, 907 (+34) qanadlı raket, 18 (+0) gəmi, 5337 (+6) avtomobil texnikası və avtosistern, 240 (+3) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL