Bayden Leyenlə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

 14:23 10.03.2023     406

ABŞ Prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə günü görüşdə Qərbin Rusiyaya qarşı sanksiyalarından yayınmağı dayandırmaq üçün yeni addımları müzakirə edəcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi Bayden və Fon der Leyen arasında Vaşinqtonda aparılacaq danışıqlara dair brifinqində bildirilib.

"Bundan başqa, mən liderlərin Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün atılacaq əlavə addımlara diqqət yetirməsini gözləyərdim", - ABŞ nümayəndəsi bildirib.

O, ABŞ və Aİ-nin bu istiqamətdə, xüsusən də Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirən üçüncü ölkələrə qarşı daha fəal hərəkət etmək niyyətində olduğunu izah edib.

"Üçüncü ölkələrin bu cür fəaliyyətini pozmağa çalışacağıq", - ABŞ rəsmisi bildirib. O, ABŞ və Aİ-nin bu planlarının təfərrüatlarına varmayıb.

Turan İSMAYIL