Sanna Marin Kiyevə gəldi - FOTO

 16:47 10.03.2023     451

Finlandiyanın Baş naziri Sanna Marin Kiyevə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü Nazirlər Kabineti Aparatının "Twitter" hesabında dərc olunmuş məlumatda deyilir.

"Baş nazir bu gün Ukraynada səfərdədir. İqlim və ətraf mühit naziri Mariya Ohisalo da səfərdə iştirak edir. Təfərrüatlar daha sonra dərc olunacaq", - mətndə deyilir.

Finlandiyanın Yle telekanalı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Marin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Öz növbəsində Prezident V.Zelenski də Marinin Kiyevə səfəri ilə bağlı öz teleqram kanalında məlumat paylaşıb.

"Biz Ukrayna uğrunda canlarından keçmiş müdafiəçilərin xatirəsini ehtiramla yad etdik.
  
Çox vacibdir ki, mən və Sanna Marin öz canları bahasına ölkəmizdə və bütün dünyada azadlığı müdafiə edən döyüşçülərimizin qəhrəmanlığına eyni dərəcədə hörmətlə yanaşırıq" -  deyə Ukrayna lideri qeyd edib.

Turan İSMAYIL

22