"Qərb Hindistanı Çinə qarşı qoymaq istəyir" - Lavrov

 16:57 10.03.2023     316

Rusiya ikitərəfli problemlərin həlli maraqları naminə Çin və Hindistan arasında dialoqun qurulmasına və inkişafına kömək edir, Qərb isə onları bir-birinə qarşı qoymağa çalışır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın “Böyük oyun” proqramına müsahibəsində deyib.

"Biz ondan çıxış edirik ki, onlar (Hindistan və Çin - red.) nə qədər çox ünsiyyətdə olsalar, bir o qədər hamı üçün faydalıdır və bu iki böyük dövlət, iki böyük sivilizasiya üçün bütün problemlərini həll etmək bir o qədər yaxşıdır. Qərb tamamilə əks mövqe tutur, birbaşa əks məqsədlər güdür - Hindistanı Çinə qarşı qoymaq və bizim hindistanlı dostlarımız bunu çox gözəl başa düşürlər. Onlar bizə açıq deyirlər ki, bu cəhdləri görürlər, NATO-nun həyata keçirdiyi həqiqi məqsədləri görürlər" -  nazir bildirib.

Turan İSMAYIL