Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək

 17:12 10.03.2023     314

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyə Ali Seçki Şurasının sədri Əhməd Yener bu gün jurnalistlərə bildirib ki, lazım gələrsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

"Biz prezident seçkilərinin mayın 14-nə təyin edilməsi haqqında sərəncam aldıq. Əgər prezident seçkiləri iki turda keçirilsə, ikinci tur mayın 28-də keçiriləcək", - Türkiyə seçki komissiyasının rəhbəri bildirib.

Turan İSMAYIL