Baydenin müşaviri Zurabişvili ilə görüşdü

 22:11 10.03.2023     556

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.

Görüş zamanı Gürcüstanda etirazlara səbəb olan "xarici agentlər haqqında" qanun layihəsi müzakirə edilib.

Sallivan görüş zamanı bildirib ki, Vaşinqton ölkənin demokratik gələcəyini dəstəkləmək və islahatları irəli aparmaq üçün Tiflislə işləməkdə davam edəcək.