Alman Katolik Kilsəsi eynicinsli cütlüklərə xeyir-dua verəcək
Almaniyadakı Katolik Kilsəsi 2026-cı ilin martından eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib.
Redaktor.az xəbər verir ki, bu qərar cümə günü Frankfurt-Mayndə keçirilən Katolik kilsəsində islahatlar məsələlərinə həsr olunmuş sinodal iclasda qəbul edilib.
DPA agentliyinin məlumatına görə, assambleyanın 202 üzvündən 176-sı "lehinə", 14-ü əleyhinə səs verib, 12 yepiskop isə bitərəf qalıb.
Bu, qərar üçün zəruri olan üçdə iki səs çoxluğu əldə edilib.
Növbəti üç il sənədlərin hazırlanmasına və xeyir-dua mərasiminin liturgik formasına sərf ediləcəyi güman edilir.
Almaniyadakı bir çox katolik kilsələrində eyni cinsli cütlüklər artıq xeyir-dua alırlar, lakin indiyə qədər bu, kilsə qanunlarına zidd sayılırdı.
Bundan sonra kahinlər müvafiq ayini yerinə yetirdiklərinə görə sanksiya ilə üzləşməyəcəklər.
Tunar Altunbay