Bu ölkə də Rusiyadan alüminium və poladın idxalına qadağa QOYDU

 21:58 10.03.2023     259

Kanada hakimiyyəti Rusiyadan alüminium və poladın idxalını qadağan etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında dərc olunan “Xüsusi iqtisadi tədbirlər haqqında” müddəalara dəyişikliklərlə bağlı sənəddə deyilir.

Dəyişikliklərə əsasən, Kanadadakı istənilən şəxsə və ya ölkədən kənarda olan hər hansı bir kanadalıya Rusiyadan, xüsusən də dəmir, polad, alüminium və ondan hazırlanan məhsulların idxalı, alınması və ya alınması qadağandır.

Tunar Altunbay