Rusiya Ukrayna mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini İSTƏDİ

 22:26 10.03.2023     278

Rusiya Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya ilə bağlı Birləşmiş Millətlər Təşkilatının  (BMT) Təhlükəsizlik Şurasının martın 14-də iclasının keçirilməsini istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“Bu gün biz Ukrayna böhranının uzunmüddətli və davamlı həll yollarının axtarışına mane olan amil kimi rusofobiya ilə bağlı BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini xahiş etdik. Həm Ukraynada, həm də Qərbdə rusofobiyanın üstündən keçəcəyik. Çıxış edənlərimizin adları bir gün əvvəl açıqlanacaq ki, onlar tez-tez olduğu kimi düşmənlərimizin təzyiqinə məruz qalmasınlar”,- deyə diplomat öz "Telegram" kanalında qeyd edib:

Görüşün Moskva vaxtı ilə saat 17:00-da keçirilməsi xahiş olunur.

Tunar Altunbay