Hulusi Akardan Yunanıstana ÇAĞIRIŞ

 14:10 11.03.2023     310

“Biz Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq, bunu qarşı tərəfə çatdırmışıq”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Yunanıstanla konstruktiv müzakirələr davam edir:

“Yunanıstanda qatar qəzası oldu. Başsağlığı verdik. Biz xoş qonşuluq münasibətlərinə uyğun olaraq problemlərin sülh yolu həllinin tərəfdarıyıq”.