"Rusiya Ukraynada 60 mindən çox obyekti məhv edib" - İqor Klimenko
“Müharibə başlayandan indiyədək Ukraynada 60 mindən çox infrastruktur obyekti Rusiyanın raket zərbələri nəticəsində məhv edilib”.
Redaktor.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
Nazir həmçinin bildirib ki, Rusiya hərbçilərinin cinayət əməlləri ilə bağlı 66 mindən çox cinayət işi başlanılıb: “Onların əksəriyyəti, təxminən 80 faizi müharibə qanunlarının pozulması ilə bağlıdır. Müstəntiqlərimiz həmin cinayətləri araşdırır”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.