"Yeni dostlarla dastan yazacağıq" - Ərdoğan

 18:10 11.03.2023     382

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilat rəhbərlərinin iclasına videokonfrans vasitəsilə qatılaraq "Hemen şimdi" şüarını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan, "Biz millətimizi koalisiyanın insafına buraxa bilmərik" deyib.

Redaktor.az xəbər verir ki, Prezident Ərdoğan çıxışında "Həm prezident, həm də parlament seçkilərində qələbə qazanacağımıza heç bir şübhəmiz yoxdur. 

Məqsədimiz, ölkəmizin demokratiya və inkişaf yolu ilə əldə etdiyi nailiyyətlərlə "Türkiyə əsri"nin müqəddiməsi olaraq yeni bir dövrün qapılarını açmaqdır. 14 may dastanını bir müddətdir bizimlə bərabər yol gedən, aramıza yeni qoşulan və qoşulacaq olanlarla birlikdə yazacağıq. Zəlzələnin yaralarını sağaltmaqla, dağılmış şəhərləri bərpa etməklə başlayacağıq. Uzun müddətdir ki, hazırlıq gördüyümüz investisiyaları, məşğulluğu, istehsalı və ixracı artıracaq, xalqımızın rifahını yüksəldəcək proqramı qətiyyətlə davam etdirəcəyik”.

"Bir müddətdir birlikdə getdiyimiz “Cümhur İttifaqı” olaraq 14 may dastanını “Cümhur İttifaqı” olaraq birlikdə yazacağıq. Zəlzələ yaralarını sağaltmaqla, dağılmış şəhərləri diriltməklə başlayacağıq".