"Qiyamət vulkanı" püskürdü - VİDEO

 22:55 11.03.2023     377

İndoneziyada Yava adasında yerləşən Merapi vulkanı püskürüb.

Redaktor.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

“Qiyamət vulkanı” adlandırılan vulkanın püskürməsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə ərazidən uzaq durmaları barədə xəbərdarlıq edilib.

Yerli rəsmilər hələlik əhalinin təxliyə edilməsini planlaşdırmır. Məlumata görə, yalnız bir lava püskürməsi baş verib. Əgər əhatə dairəsi artmaqda davam edərsə, əhali təxliyə ediləcək.

Merapi vulkanı İndoneziyanın ən böyük aktiv vulkanıdır, hündürlüyü 2910 metrdən yüksəkdir. 2010-cu ildə vulkan püskürməsi nəticəsində 350 nəfər ölüb, 280 minə yaxın insan təxliyə edilib.