Türkiyədə seçki günü toy keçirmək olmaz? - QADAĞALAR
Türkiyənin Ali Seçki Komissiyası mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində tətbiq olunacaq qadağaları açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə rəsmi qərar "Resmi Gazete"də dərc olunub.
Belə ki, KİV orqanları seçki günü saat 18:00-dək seçki və seçkilərin nəticələri ilə bağlı xəbər, proqnoz və şərh verə bilməyəcək. Saat 21:00-dan sonra yayım sərbəst olacaq. Zərurət yaranarsa, qadağanın saat 21:00-dan əvvəl götürülməsinə qərar verilə bilər.
Səsvermə günü təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan güc strukturlarının əməkdaşlarından başqa heç kim silah gəzdirə bilməyəcək. Əyləncə məkanları bağlanacaq. Mayın 14-də spirtli içkilər satılmayacaq. İctimai yerlərdə spirtli içkilərin satışı və içilməsi qadağan ediləcək. Bundan əlavə, əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.
Bundan başqa, mayın 14-də qadağalarına və göstərilən qaydalara əməl olunmaq şərti ilə saat 18.00-dan sonra toylar keçirilə bilər.