Deputatın oğlu adam öldürdü - FOTO

 15:39 12.03.2023     352

Rusiyanın Dövlət Dumasının deputatı Boris İvanyujenkovun oğlu Artem adam öldürməkdə şübhəli bilinirdi.

Redaktor.az xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi məlumat verib.

"Bu gün Podolskda deputat oğlunun şübhəli bilindiyi qətl hadisəsi törədilib", - mənbə bildirib.

Əldə edilən məlumata görə, o, artıq saxlanılıb.

Hazırda o, dindirilir. Cinayətin motivi hələlik bəlli deyil. Qurbanın 23 yaşında olduğu məlum olub.

Qeyd edək ki, bu gənc qalmaqalın mərkəzində ilk dəfə deyil (lent.az).