Estoniyada Rusiyaya işləyən 3 siyasətçi həbs olundu

 16:10 12.03.2023     339

Estoniyada məhkəmə Rusiya ilə Estoniyaya qarşı əlaqələr qurmaqda şübhəli bilinən 3 siyasətçini iki ay müddətinə həbs edib.

Redaktor.az Estoniyanın ERR telekanalına istinadən xəbər verir ki, həbs edilənlərdən biri “Koos” (“Birlikdə”) hərəkatının lideri Ayvo Petersondur.

Hər üç şəxs martın 9-dan 10-na keçən gecə saxlanılıb. Saxlanılan digər siyasətçilər isə Dmitri Rootsi və Andrey Andronovdur. Peterson və Rootsi Estoniya vətəndaşıdır, Andronov isə Estoniyada daimi yaşamaq icazəsi olan Rusiya vətəndaşıdır.

Məlumata görə, Peterson dəfələrlə Rusiyanın hərəkətlərini dəstəkləyib və bu yaxınlarda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə səfər edib.