İsveçrə Ukraynaya verə biləcəyi texnikaları məhv edir

 16:53 12.03.2023     803

İsveçrə Ukrayna üçün faydalı olacaq 60 ədəd "Rapier" müdafiə sistemini məhv edir.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin ilk partiyası artıq məhv edilib.

Daha 3 partiyanın da məhv edilməsinə qərar verilib. Bu qərar kəskin reaksiyasına səbəb olub. İsveçrə tərəfi geniş tənqidlərə məruz qalıb.

Belə ki, məsələ ilə bağlı əsas müzakirə mövzusu həmin sistemlərin Ukrayna üçün faydalı olacağıdır. Çünki bu texnika dronlar kimi aşağı hündürlükdə uçan hədəflərə qarşı uğurla istifadə edilə bilər.