Korsika adasında korsikan dili qadağan EDİLDİ
Fransanın Korsika adasında korsikan dilinin istifadəsi qadağan olunub.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn tviterdə bildirib.
"Korsikada yalnız fransızcanın istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingiliscə dövlət universitetlərində istifadə olunduğu halda korsikan dili yasaqlanıb", - BMT-nin rəsmisi vurğulayıb.