Hindistan Rusiya sanksiyalarını pozmayacaq

 21:03 12.03.2023     343

Hindistan hakimiyyəti Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Hindistan hökuməti Rusiya neftinin qiymətinin 60 dollardan yuxarı həddini pozmaq niyyətində deyil.

Agentliyin məlumatına görə, Hindistan hökumətinin rəsmiləri banklardan və treyderlərdən mövcud məhdudiyyətlərə əməl etməyi xahiş ediblər.