Hava limanı işçiləri tətilə çıxır - 100 min sərnişinə təsir edəcək

 21:57 12.03.2023     298

Bazar ertəsi Almaniyanın bir sıra iri hava limanlarının işçiləri tətil edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazıb.

Bildirilir ki, Berlin-Brandenburq, Hamburq, Bremen və Hannover hava limanlarının işçiləri tətilə çıxacaqlar. Tətil həmkarlar ittifaqı tərəfindən təşkil olunacaq.

Tətildə ilk növbədə təhlükəsizlik işçiləri iştirak edəcək, digər işçilər də tətilə dəstək vərəcəklər. Tətildə təhlükəsizlik əməkdaşlarının iş vaxtından artıq işlərə cəlb olunmasına görə ödənişlərin artırılması tələb olunacaq.

Almaniya Hava Limanları Assosiasiyasının proqnozlarına görə, tətil ümumilikdə 100 min sərnişinə təsir edə bilər.