Saakaşvili sabitliyi pozmaq üçün göndərilib - Baş nazir
Mixail Saakaşvili Gürcüstanda sabitliyi pozmaq və ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilib.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində bildirib.
"Ukraynada müharibənin başlaması hələ 2021-ci ilin noyabrında , maksimum dekabrında gözlənilirdi. Bu barədə məlumatımız var idi, o cümlədən mən həmkarlarımızdan, tərəfdaşlarımızdan bilirdim. Saakaşvili Gürcüstana nə vaxt gəlib? Saakaşvili oktyabrın 1-də göndərilib. Əsas məqsəd burada dövlət çevrilişi təşkil etmək və lazımi vaxtda ölkələri müharibəyə cəlb etmək idi. Bizim buna heç bir şübhəmiz yoxdur”, - Qaribaşvili deyib.
Baş nazirin sözlərinə görə, Rusiya diqqətini Gürcüstana yönəltsə, Ukrayna üçün yəqin ki, bir növ rahatlıq ola bilər. Qaribaşvilinin fikrincə, Saakaşvilinin yaratdığı müxalif “Vahid Milli Hərəkat” partiyası hakimiyyətdə olsaydı, Gürcüstan “ikinci Mariupol” olardı.