Saakaşvili ölüm ayağındadır

 02:17 13.03.2023     298

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat yayıb.

Bildirilir ki, Saakaşvili 120 kiloqram çəkidən 64 kiloqrama düşüb. Həkimlər onun orqan çatışmazlığından əziyyət çəkdiyini bildirirlər.

Keçmiş prezident ölüm ayağında olduğunu bildirib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb.

Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib.

2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib.

Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.