Malatyada yenə zəlzələ oldu
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.