Sunak Çini dünya düzəninə “sistemik təhlükə” adlandırdı

 12:27 13.03.2023     229

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Çini dünya düzəninə “sistemik təhlükə” adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində deyib.

"Son vaxtlar Çində gördüyümüz davranış bizi qorxudur. Çin daxildə avtoritar, xaricdə isə daha iddialı davranır", - o əlavə edib.

Baş nazirin sözlərinə görə, Britaniya, ABŞ və Avstraliya Pekinin artan hərbi gücünə qarşı çıxmaq üçün müdafiə sahəsində tərəfdaşlıqda yeni addımlar elan etməyi planlaşdırırlar.

"Çin bizim iqtisadi maraqlarımız üçün ən böyük dövlət təhdididir, bu, şübhəsizdir. Bu, dünya nizamına sistemli təhlükədir", - Sunak vurğulayıb.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, bu il Çin hərbi ehtiyaclara 224 milyard dollar xərcləyəcək.

Turan İSMAYIL