Peskov Rusiyanın adının dəyişdirilməsi ideyasına münasibət bildirdi

 14:33 13.03.2023     330

"Rusiya Rusiya olaraq qalacaq, onun adının "Muskovi"yə dəyişdirilməsi təklifləri yalnız təbəssümlə qarşılana bilər".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə müsahibəsində bildirib.

"Bu, yəqin ki, gülünc maraqlara - bu cür mesajlara və buna bənzər qərarlara aiddir. Bu mövzuda belə zarafatlar çox idi, məncə, yeni zarafatlara ehtiyac yoxdur. Bir daha təkrar edirəm, buna ancaq təbəssümlə yanaşmaq olar. Rusiya Federasiyası kimin çağırmasından asılı olmayaraq, o, böyük güc, böyük ölkə olaraq qalacaq, Rusiya olaraq da qalacaq”, - Kreml sözçüsü bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Denis Şmıxala Rusiyanın adının ukrayna dilində “Muskovi” olaraq dəyişdirilməsi imkanını “hərtərəfli işləməyi” tapşırmışdı. Bu sərəncam baxılması üçün lazım olan 25 min imza toplayan petisiyaya cavab idi. Müraciətdə həmçinin “Rusiya Federasiyası” sözlərinin “Moskva Federasiyası”, “Rusiya” sözlərinin “Moskva” sözləri ilə əvəz edilməsi təklif edilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin belə bir əmrini Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutu adlandırıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın cavab verəcək bir şey olduğunu qeyd edərək, Ukraynanı “Bandera Reyx” adlandırmağı təklif edib.

Turan İSMAYIL