Putindən Kadırova: "Sizin oğlanlarınızın Ukraynada necə döyüşdüyünü görürəm"

 15:11 13.03.2023     315

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşündə Ukraynadakı "xüsusi hərbi əməliyyat" zonasında olan çeçen əsgərlərinə təşəkkür sözlərini çatdırmağı xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən sizin oğlanlarınızın "xüsusi hərbi əməliyyat" zonasında necə döyüşdüyünü görürəm və onlara ən yaxşı sözləri söyləyin, çox sağ olun", - Putin deyib.

Turan İSMAYIL