Ukraynadan “Oskar” mükafatına sərt REAKSİYA

 15:29 13.03.2023     316

“Əgər "Oskar" siyasətdən kənardırsa, Navalnının sənədli manifestini necə başa düşməliyik?"

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak rusiyalı müxalifət lideri Aleksey Navalnı haqqında çəkilən sənədli filmə görə "Oskar" mükafatının verilməsinə münasibət bildirərkən deyib.

"Əgər "Oskar" Ukrayna müharibəsi və ukraynalıların kütləvi soyqırımı kontekstindən kənardadırsa, niyə davamlı olaraq humanizm və ədalətdən danışırsınız?” - Podolyak Twitter-də qəzəblənib.

Qeyd edək ki, “Navalnı” sənədli filmi “Oskar” mükafatına layiq görülüb.

Film 2020-ci ildə Navalnının zəhərlənməsindən bəhs edir. Həmçinin filmdə onun saxlanma hekayəsini də görə bilərsiniz.

xatırladaq ki, keçən il Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra "Oskar"ın təşkilatçıları Zelenskiyə amerikalılara müraciət etməyə imkan vermədilər. Bu səbəbdən aktyor Şon Penn mərasimi boykot etməyə çağırıb. Bu il də vəziyyət təkrarlandı.

Amerikanın “Variety” nəşri “Oskar”ın prodüserlərindən biri Uill Pakerin Zelenskinin müraciətinə qarşı çıxdığını, guya Ukraynadakı müharibənin yalnız ağdərililərin öldüyünə görə diqqəti cəlb etməsi ilə izah edib.

Ukrayna buna cavab olaraq “Oskar”ın təşkilatçılarını ikiüzlülükdə ittiham edib. Xarici işlər naziri Dmitri Kuleba vurğulayıb ki, “Oskar” təmtəraqla qeyd olunanda və müharibədən bəhs edən filmin heykəlciyinə layiq görüləndə Ukraynada indiki müharibənin dəhşətlərini görməmək olmaz, çünki bu, ikiüzlülükdür.

Turan İSMAYIL