"Pfizer" bu dərman şirkətini 43 milyard dollara alır

 17:08 13.03.2023     275

Amerikanın əczaçılıq şirkəti "Pfizer" innovativ xərçəng müalicəsinin inkişafında ixtisaslaşan "Seagen" şirkətini 43 milyard dollara satın alır.

Redaktor.az xəbər verir ki, bu barədə "Pfizer" öz saytında məlumat yayıb.

Qeyd edilir ki, şirkətlər sövdələşməni 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlində başa çatdırmağı gözləyirlər.

Fevral ayında "The Wall Street Journal" "Seagen"in bazar dəyərinin 30 milyard dollar olduğunu bildirmişdi.

"Pfizer" dünyanın ən böyük əczaçılıq şirkətlərindən biridir. "The Wall Street Journal"a görə, o, təkcə koronavirusa qarşı vaksinlərin və digər dərmanların satışından təxminən 22,7 milyard dollar qazanıb.

Turan İSMAYIL