Polşada 11 minə yaxın NATO əsgəri xidmət edir

 17:54 13.03.2023     317

Polşa ərazisində təxminən 11 min NATO əsgəri var.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib.

"Hazırda Polşada müttəfiq qüvvələrin 11 minə yaxın əsgəri var. Onların 10 minə yaxını Amerika qüvvələrinin hərbçiləridir. Amma Böyük Britaniya, Kanada və Şimali Atlantika Alyansının digər ölkələrindən də əsgərlər var", - o deyib.

Müllerin fikrincə, “bu, Polşanın təhlükəsizliyini artırır”.

Turan İSMAYIL